ABŞ-də pornoqrafik dipfeyklərin yaradılması qadağan edildi
ABŞ Senatı real insanların razılığı olmadan onların iştirakı ilə pornoqrafik dipfeyklərin hazırlanmasını qadağan edən qanun layihəsini təsdiqləyib.
Far.Az "Bloomberg"ə istinadən xəbər verir ki, sənəd zərərçəkənlərə dəymiş ziyana görə kompensasiya tələb etmək və bu cür materialların yayımının məhkəmə yolu ilə dayandırılmasına nail olmaq hüququ verir.
Qanun layihəsinə əsasən, rəqəmsal platformalar müraciət edildikdən sonra 48 saat ərzində belə dipfeyk materialları silməyə borcludur. Tələblərə əməl edilmədiyi halda, zərərçəkən şəxslər təkcə dipfeykləri yaradanlara qarşı deyil, həm də onların yayılmasının dərhal dayandırılması üçün hüquqi iddialar qaldıra biləcəklər.
Qanunvericilik təşəbbüsünə səbəb İlon Maskın "Grok" adlı çat-botu ilə bağlı yaranan qalmaqal olub. Sözügedən süni intellekt aləti "X" sosial şəbəkəsi daxilində erotik dipfeyklər yaradırdı.
Nəticədə xidmət Malayziya və İndoneziyada bloklanıb, platforma isə görüntülərin yaradılması və redaktəsi funksiyalarını məhdudlaşdıraraq ödənişli edib.
Eyni zamanda, Böyük Britaniyanın media tənzimləyicisi "Ofcom" hökumətin sorğusu əsasında "X" platformasının istifadəçilərin qeyri-qanuni süni intellekt məzmunundan qorunması tələblərinə əməl edib-etmədiyini araşdırmağa başlayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













