Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
Azərbaycan "Henley & Partners" şirkətinin 2026-cı il üçün yenilənmiş pasport reytinqində 3 mövqe irəliləyərək 67-ci pilləyə yüksəlib.
"Report" "Henley & Partners"ə istinadən xəbər verir ki, respublika vətəndaşları 70 ölkəyə vizasız səfər edə bilərlər.
Qeyd edək ki, Sinqapur ən güclü pasportlara malik ölkələr arasında liderliyini yenidən qoruyub saxlayıb. Bu ölkənin vətəndaşları təhlil edilmiş 227 ölkədən 192-nə vizasız və ya ölkəyə gəldikdən sonra viza almaqla səfər edə bilərlər.
İraq (29 ölkəyə vizasız səfər), Suriya (26 ölkəyə vizasız) və Əfqanıstan (24 ölkə vizasız) reytinqin son pilləsində qərarlaşıb.
Postsovet ölkələri arasında Azərbaycan 7-ci yerdədir və Ukrayna (30-cu yer, 143 ölkə vizasız), Gürcüstan (42-ci yer, 122 ölkə vizasız), Moldova (44-cü yer, 120 ölkə vizasız), Rusiya (46-cı yer, 113 ölkə vizasız), Belarus (60-cı yer, 79 ölkə vizasız) və Qazaxıstandan (61-ci yer, 78 ölkə vizasız) sonra gəlir.
Bundan başqa, Azərbaycan Ermənistan (71-ci yer, 66 ölkə vizasız), Qırğızıstan və Özbəkistan (75-ci yer, 61 ölkə vizasız), Tacikistan (81-ci yer, 54 ölkə vizasız) və Türkmənistandan (87-ci yer, 47 ölkə vizasız) irəlidədir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













