Filippində baş verən sürüşmə faciəsində ölənlərin sayı artdı
Filippinin Sebu şəhərində tullantıların idarə olunması və çeşidlənməsi müəssisəsində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. Bu barədə ölkənin rəsmi mənbələri məlumat yayıb.
Far.Az xəbər verir ki, Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, hadisə 8 yanvar tarixində Sebu şəhərinin Binaliv bölgəsində yerləşən tullantı emalı sahəsində qeydə alınıb. Yerli hakimiyyət orqanları bildiriblər ki, hazırda 18 yaralı xəstəxanada müalicə olunur, 23 nəfər isə itkin düşmüş hesab edilir.
Məlumata görə, axtarış-xilasetmə işləri son dərəcə təhlükəli şəraitdə və mərhələli şəkildə aparılır. Xilasedicilər ərazidə yeni sürüşmə riskinin qalmasından ciddi narahatlıq keçirirlər.
Səlahiyyətli şəxslər 2025-ci ilin sentyabr və noyabr aylarında baş verən zəlzələ və tayfunların torpaq qatında hərəkətliliyə səbəb olmuş ola biləcəyini istisna etmirlər. İlkin araşdırmalar sürüşmənin əsasən təbii səbəblərdən qaynaqlandığını göstərir.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













