KOBİA 350 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərib
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən KOB subyektlərinin satış imkanlarının genişləndirilməsinə dəstək mexanizmlərindən 2025-ci ildə 350 mikro, kiçik və orta biznes subyekti yararlanıb.
"Report" KOBİA-ya istinadən xəbər verir ki, 85 KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə keçirilən 11 sərgidə (8-i yerli və 3-ü xarici ölkələrdə olmaqla) ödənişsiz olaraq iştirakı təmin edilib. Mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması və satışına dəstək məqsədilə 3 "KOB Fest" sərgi-satış yarmarkası keçirilib. Göygöl, Şuşa və Göyçayda təşkil edilmiş yarmarkalarda 220 sahibkar məhsul və xidmətlərini təqdim edib və satışını həyata keçirib.
Mikro və kiçik sahibkarların istehsal etdiyi məhsulların iri ticarət şəbəkələrində satışına dəstək mexanizmi çərçivəsində isə onlar üçün ayrılmış 7 satış nöqtəsində 45 KOB subyektinin məhsullarının satışı həyata keçirilib.
KOB subyektləri satış imkanlarını genişləndirmək məqsədilə dövlətin dəstək mexanizmlərindən faydalanmaq üçün KOBİA-ya müraciət edə bilərlər.
Qeyd edək ki, bu ildə KOB subyektlərinin sərgilərdə və yarmarkalarda iştirakına, ticarət şəbəkələrinə çıxışına dəstək davam etdiriləcək.
Oxşar xəbərlər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış KOBİA-nın yaranmasından səkkiz il ötür
Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













