"Qalatasaray" və "Fənərbağça" son oyuna görə cəzalandırıldılar
Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Komitəsi (PFDK) 10 yanvar 2026-cı il tarixində keçirilən "Qalatasaray - "Fənərbağça" Superkubok oyunu zamanı baş verən hadisələrlə bağlı hər iki kluba maliyyə sanksiyası tətbiq edib.
Far.Az TFF-nin rəsmi internet saytına istinadən xəbər verir ki, "Qalatasaray" azarkeşlərinin törətdiyi hadisələrə görə 220 min TL, kubok təqdimetmə mərasiminə qatılmamasına görə isə 1 milyon 100 min TL olmaqla ümumilikdə 1 milyon 320 min TL (Təxminən 53 min manat) cərimələnib.
"Fənərbağça" klubu isə azarkeşlərinin səbəb olduğu hadisələrə görə 330 min TL (Təxminən 13 min manat) məbləğində cərimə ilə üzləşib. Hər iki klub barəsində "çirkin və nalayiq şüarlar"la bağlı PFDK-ya edilən müraciətlərə baxılsa da, intizam pozuntusunun tərkib hissələrinin formalaşmadığı əsas gətirilərək bu maddə üzrə cəza verilməməsi qərara alınıb.
Oxşar xəbərlər
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Parlament mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzaların sərtləşdirilməsini son oxunuşda qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













