Naxçıvanın ixracı 28 %-dən çox artıb
Far.Az xəbər saytı

Naxçıvanın ixracı 28 %-dən çox artıb


2025-ci ildə Naxçıvan Muxtar Respublikasından ixracın dəyəri 2024-cü illə müqayisədə 28,4 % artaraq 13,6 milyon ABŞ dolları olub, bölgədən ixrac olunan məhsulların satıldığı ölkələrin sayı isə 13-dən 15-ə yüksəlib.

"Far.Az"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə "Naxçıvanda vergi, gömrük və sosial sığorta güzəştləri: Biznes üçün yeni imkanlar" mövzusunda keçirilən tədbirdə bildirib.

Tədbirin əsas məqsədi sahibkarlıq subyektlərinə tətbiq olunan və yeni nəzərdə tutulan vergi, gömrük və sosial sığorta güzəştləri barədə dövlət qurumlarının nümayəndələrini və iş adamlarını məlumatlandırmaq, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işləri və mövcud imkanları müzakirə etmək olub.

K.Hüseynəliyev bildirib ki, 2025-ci ildə muxtar respublikada ümumi daxili məhsul, o cümlədən sənaye məhsullarının istehsalı, əsas kapitala yönəldilən investisiyalar, pərakəndə ticarət dövriyyəsi, əhaliyə göstərilən ödənişli xidmətlər və nəqliyyat sektorunda yükdaşımaların həcmində də 2024-cü illə müqayisədə artım qeydə alınıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər