Rusiyada miqrantlarla bağlı daha bir YENİLİK - Bundan sonra qazancları…
Far.Az xəbər saytı

Rusiyada miqrantlarla bağlı daha bir YENİLİK - Bundan sonra qazancları…


Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölkədə çalışan əcnəbi vətəndaşların gəlirləri barədə məlumatları bundan sonra vergi orqanlarından avtomatik əldə edəcək.

Far.Az TASS-a istinadən xəbər verir ki, bu müddəa hökumətin rəsmi qərarında öz əksini tapıb. Qərara əsasən, məlumatlar şirkətlərin təqdim etdiyi sığorta haqları hesabatları əsasında formalaşdırılacaq.

Yeni mexanizm Rusiyada miqrantların saxta şəkildə işə götürülməsi hallarının qarşısını almağa yönəlib.

Sənəddə Maliyyə Nazirliyi, Federal Vergi Xidməti, Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyi məsul qurumlar kimi müəyyən edilib. Layihənin icrası üçün son tarix isə bu ilin dekabr ayına qədərdir.

Oxşar xəbərlər

Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər