Hava ilə bağı XƏBƏRDARLIQ: Növbəti iki gün...
Far.Az xəbər saytı

Hava ilə bağı XƏBƏRDARLIQ: Növbəti iki gün...


Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə yanvarın 18-19-da güclü külək əsəcək.

BAKU.WS xəbər verir ki, gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq verib.

Bildirilib ki, Gəncə, Naftalan, Samux, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Qax, Şəki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Xızı, Qusar, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qobustan, Şamaxı,Salyan, Neftçala, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Gədəbəy, Göygöl, Lənkəran, Masallı, Astara, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabadda isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Oxşar xəbərlər

Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib
Vətən müharibəsinin başlamasından 4 il ötür
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər