Ağ Evin altındakı gizli bunker yenidən qurulur
Ağ Evin Şərq qanadının altında yerləşən gizli bunker yeni tələblərə uyğunlaşdırılaraq yenidən qurulur.
Far.Az xəbər verir ki, bu barədə CNN telekanalı məlumatlı mənbəyə istinadən xəbər yayıb. Bildirilib ki, təxminən 80 il əvvəl inşa edilmiş Şərq qanadında Prezident Donald Tramp üçün nəzərdə tutulan yeni və geniş bal zalının tikintisinə hazırlıq çərçivəsində yenidənqurma işləri aparılır. Bu proses zamanı tarixi əhəmiyyət daşısa da, artıq köhnəlmiş yeraltı tikililərin söküldüyü qeyd olunur.
Bunkerin yenilənməsi ilə bağlı planlar isə məxfi saxlanılır.
Mənbənin sözlərinə görə, hazırda sözügedən obyekt yenidən qiymətləndirilir və dəyişən təhlükə risklərinə qarşı mübarizə aparmaq məqsədilə müasir texnologiyaların tətbiqi nəzərdə tutulur.
Layihə ilə bağlı ictimaiyyətə demək olar ki, heç bir detallı məlumat açıqlanmayıb. Ağ Ev də CNN-in sorğusuna şərh verməkdən imtina edib.
Telekanal əlavə edir ki, Paytaxtın Planlaşdırılması üzrə Milli Komissiyanın bal zalı layihəsinin müzakirə edildiyi son iclasında Ağ Evin idarəetmə və administrasiya üzrə direktoru Coşua Fişer ümumi şəkildə bildirib ki, bu layihə "kritik funksiyaların təkmilləşdirilməsinə", "zəruri təhlükəsizlik tədbirlərinin təmin olunmasına" və "gələcək missiya tələblərinə uyğun etibarlı və çevik infrastrukturun yaradılmasına" xidmət edəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













