Bakıda nəqliyyatın bütün istiqamətlər üzrə maneəsiz hərəkəti tam təmin edilib - YENİLƏNİB
Far.Az xəbər saytı

Bakıda nəqliyyatın bütün istiqamətlər üzrə maneəsiz hərəkəti tam təmin edilib - YENİLƏNİB


Paytaxtın Suraxanı və Xətai rayonları ərazisində yol polisi əməkdaşları tərəfindən hərəkət iştirakçılarının rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.

Hazırda paytaxt ərazisində nəqliyyat vasitələrinin bütün istiqamətlər üzrə maneəsiz hərəkəti tam təmin edilib.

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər. Polis əməkdaşları xidmət apardıqları ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirərək, yollarda nəzarəti təmin edirlər.

Hazırda Bakıda müşahidə olunan qarlı hava şəraiti səbəbindən Suraxanı rayonu, İlqar Musayev, Abbas Fətullayev, Babək küçələri, Xətai rayonu, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, İnqilab İsmayılov küçələri və "Neapol" dairəsində nəqliyyatın hərəkəti çətinləşib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları və yol polisi naryadları yollardakı vəziyyəti nəzarətdə saxlayır, sürücülərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür.

Oxşar xəbərlər

İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
"Artilleriyanın Allahı" adlandırılan Əliağa Şıxlinskinin anım günüdür
Görkəmli sərkərdə Əliağa Şıxlinskinin anadan olmasından 162 il ötür
Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər