Xankəndi sakini: Yurduma qayıtmağıma görə sevinc hissi keçirirəm
Yurduma qaytmağıma görə sevinc hissi keçirirəm.
Bunu "Report"a Xankəndi sakini Familə Vəliyeva deyib.
O, qeyd edib ki, uzun illərdir həsrətində olduğu yurduna qayıtmağına sevinir:
"Xankəndidən 33 il əvvəl çıxmışdım. Yurdumuza qayıtmağımıza şərait yaratdığına görə Prezident İlham Əliyevə təşəkkür edirəm.
Bir otaqlı mənzillə təmin edilmişəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu günümüzə şükür olsun".
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
İlk mərhələdə Xankəndi şəhərinə 36 ailə - 162 nəfər köçürülüb.
Oxşar xəbərlər
İşğaldan azad edilən ərazilərə daha 80 ailə köçürülüb
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, açarlar təqdim olunub
Böyük Qayıdışın ilk ünvanı olan Ağalıya növbəti köç karvanı çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb













