Vilnüsdə Azərbaycanla Litva arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub
Vilnüs şəhərində Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.
Bu barədə "Far.Az"a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Litva nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Yonas Survila rəhbərlik ediblər.
İclas zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Bu xüsusda, yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Eləcə də, müqavilə-hüquq bazasının genişləndirilməsi, habelə parlamentlərarası əməkdaşlığın intensivləşdirilməsinin vacibliyi qeyd edilib.
Qarşılıqlı ticarət və sərmayələrin təşviqi, nəqliyyat, alternativ enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı, aqro-sənaye sahələrində geniş əməkdaşlıq imkanların mövcudluğu vurğulanıb, iqtisadi əlaqələrin inkişafı üçün Azərbaycan-Litva hökumətlərarası komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Münasibətlərin genişləndirilməsində humanitar sektorda, təhsil, mədəniyyət və turizm sahələrində mübadilələrin, xalqlararası təmasların gücləndirilməsinin də faydalı olduğu qeyd olunub.
Beynəlxalq gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən məsələlər, o cümlədən çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsi də müzakirələrin diqqət mərkəzində olub. 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görülən işlərlə bağlı qarşı tərəf məlumatlandırılıb.
Qarşı tərəfə post-münaqişə dövründə bölgədəki vəziyyət və Azərbaycanın davamlı sülhün bərqərar olunması istiqamətində atdığı konstruktiv addımlar, habelə işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.
Səfər zamanı F.Rzayev, həmçinin Litvanın digər rəsmi şəxsləri ilə görüşüb, eləcə də beyin və araşdırma mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa formatında keçirilən müzakirələrdə iştirak edib.
Oxşar xəbərlər
Şahin Mustafayev Özbəkistanın Baş naziri və Əfqanıstanın Baş naziri vəzifəsini icra edən şəxslə görüşüb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Tarixi addım: Putinin ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə Azərbaycana baş tutan səfəri - ŞƏRH
Azərbaycan və Serbiya XİN rəhbərlərinin müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
-
Lahorda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq iddiası – İstintaq başladı
-
Fransua Olland prezident seçkilərində iştirakını istisna etməyib
-
Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE
-
Jurnalist Əvəz Zeynallı vəfat etdi
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliyaya böyük hesabla uduzub, Fransa Belçikaya qalib gəlib













