Fariz İsmayılzadə: "Bakının CECECO-nun qərargahı seçilməsi Azərbaycan diplomatiyasının qələbəsidir"
İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (CECECO) qərargahı olaraq Bakının seçilməsi Azərbaycan diplomatiyasının növbəti qələbəsidir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə ali təhsil ocağında Beynəlxalq Təmiz Enerji Günü Münasibətilə keçirilən dəyirmi masada bildirib.
"Bu, əslində, Bakının dünya diplomatiya mərkəzinə çevrilməsidir. Azərbaycanda artıq bir sıra beynəlxalq təşkilatlar, o cümlədən bu yaxınlarda yaradılmış bu beynəlxalq enerji mərkəzi öz ofislərini açıb", - F.İsmayılzadə qeyd edib.
Qeyd edək ki, Nizamnaməsi 2025-ci il avqustun 26-da qüvvəyə minən Bakıdakı Təmiz Enerji Mərkəzi regionda enerji keçidini sürətləndirmək üçün əsas platforma olacaq. Onun fəaliyyəti aşağı karbonlu və iqlim dəyişikliyinə davamlı enerji infrastrukturunun, daha yüksək əlavə dəyərə malik istehsal və xidmətlərin inkişafına kömək etməyə, həmçinin Dayanıqlı Enerji üzrə Regional Mərkəzlərin Qlobal Şəbəkəsi (GN-SEC) çərçivəsində İƏT ölkələri arasında bilik və texnologiyaların ötürülməsini asanlaşdırmağa xidmət edəcək.
CECECO yerlərdə həllərin tətbiqi üçün texniki yardımın göstərilməsini, mütəxəssislərin hazırlanmasını və investisiyaların səfərbər edilməsini təmin edəcək.
Oxşar xəbərlər
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Xətaidə çirkab su problemi - Qurum nəzarətə götürdü
-
Sabiq futbolçu Almaniyada prezidentliyə namizəd olacaq
-
Venesuela Kolumbiya ilə sərhəddə hərbi əməliyyata başlayıb
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Yenilənib













