Gürcüstan Azərbaycana banan ixracından gəlirini 7 dəfəyə yaxın artırıb
Far.Az xəbər saytı

Gürcüstan Azərbaycana banan ixracından gəlirini 7 dəfəyə yaxın artırıb


Ötən il Gürcüstan Azərbaycana 6,2 milyon ABŞ dolları dəyərində 6 min 701 ton banan ixrac edib.

"Far.Az"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 6,6 dəfə və 6 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstandan analoji məhsullar tədarük edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

2025-ci ildə Gürcüstan xarici ölkələrə 9 milyon ABŞ dolları dəyərində 9 min 779 ton banan satıb ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 72 % və 58 % çoxdur.

Hesabat dövründə Gürcüstandan Tacikistana 1,2 milyon ABŞ dolları dəyərində 1 min 283 ton, Türkmənistana 966 min ABŞ dolları dəyərində 1 min 62 ton, Ermənistana 223 min ABŞ dolları dəyərində 241 ton, Türkiyəyə 220 min ABŞ dollar dəyərində 264 ton banan göndərilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricə 5,2 milyon ABŞ dolları dəyərində 6 min 200 ton banan satıb ki, bunun da 945 min ABŞ dolları dəyərində 1 min 113 tonu Azərbaycanın payına düşüb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.12.2025)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.12.2025)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.12.2025)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (18.12.2025)

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər