Qar voleybolu üzrə ölkə kuboku başa çatıb
Şahdağ Turizm Mərkəzində təşkil olunan qar voleybolu üzrə ölkə kuboku yarışına yekun vurulub.
"Report" xəbər verir ki, turnirin son günündə qadınların yarışında üç qarşılaşma keçirilib.
Dairəvi sistemlə təşkil olunan oyunların yekun nəticələrinə əsasən mükafatçılar müəyyənləşib.
Qadınların yarışında bütün oyunlarda qalib gələn "Gəncə" kollektivi (4 qələbə, 12 xal) birinci yeri tutub.
"Milli" komandası (3 qələbə, 8 xal) ikinci, "Azərreyl" isə (2 qələbə, 6 xal) üçüncü olub.
Kişilərin yarışında "Baku Fires" üçüncü yerə çıxıb. Finalda "Qaraqaya" kollektivini üstələyən "Azərreyl" turnirin qalibi adını qazanıb.
Yarışın sonunda mükafatlandırma və bağlanış mərasimi keçirilib. Qalib və mükafatçılara diplomlar, kubok, medallar təqdim olunub.
Mükafatları Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyev, baş katib Faiq Orucov və və digər rəsmi qonaqlar təqdim ediblər.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Bakıda təşkil olunan Millətlər Liqasının mükafatlandırma mərasimi keçirilib
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu deputatın mandatı ləğv edildi
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Sabahdan temperatur 10° enəcək - XƏBƏRDARLIQ
-
Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir - RƏSMİ CAVAB
-
TÜRKPA Baş katibi Qazaxıstan Qurultayının sədri ilə görüşüb
-
Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib













