Səbail rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb
Far.Az xəbər saytı

Səbail rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb


Səbail rayonunda 33 yaşlı Gəncə şəhər sakini Səfər Camalov saxlanılıb.

Far.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, onun idarə etdiyi avtomobilə baxış zamanı 10 kiloqram 110 qram marixuana, 2 kiloqram 55 qram tiryək və 13 ədəd psixotrop tərkibli preqabalin həbi aşkarlanıb.

S.Camalov narkotikləri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından Bakı şəhərində satmaq niyyəti ilə əldə etdiyini bildirib. O, narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imiş.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Kəngərlidə narkotik vasitələr və psixotrop maddələr məhv edilib
Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub
Son 11 ayda narkotiklə bağlı 7 min 441 cinayət faktı aşkarlanıb
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər