Naxçıvanda gəlin maşını qəzaya uğrayıb, ölən və xəsarət alanlar var
Far.Az xəbər saytı

Naxçıvanda gəlin maşını qəzaya uğrayıb, ölən və xəsarət alanlar var


Naxçıvanda ağır yol qəzası olub.

"Far.Az"un yerli bürosu xəbər verir ki, Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində 75-AF-793 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil 74-BC-207 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "VAZ-2106"-nın sürücüsü Məmmədov Təbriz Fəxrəddin oğlu hadisə yerində ölüb. Avtomobildəki sərnişin Əsgərli Təbriz Yadulla oğlu ağır xəsarət alıb.

Qəza zamanı həmçinin digər avtomobilin sürücüsü, Rəsulov Fərid Emin oğlu, sərnişinlər - Tağıyev Elvin Zeynalabdin oğlu və Qulubəyli Tayfun Amin oğlu ciddi xəsarət alıb.

Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Qeyd edək ki, hadisə Fərid Rəsulovun toyu zamanı baş verib.

Oxşar xəbərlər

AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində ərlə arvad ölüb - YENİLƏNİB 1 - FOTO
Oğuzda yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəmkirdə yük və minik avtomobilləri toqquşub, 2 nəfər ölüb - YENİLƏNİB-1
Şəmkirdə yük və minik avtomobilləri toqquşub, 2 nəfər ölüb - FOTO - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər