Bu ədviyyatın kimyaterapiya zamanı beyni qoruya biləcəyi müəyyən edilib
Far.Az xəbər saytı

Bu ədviyyatın kimyaterapiya zamanı beyni qoruya biləcəyi müəyyən edilib


Misirin Ayn-Şəms Universitetinin alimləri müəyyənləşdiriblər ki, rozmarin ekstraktı kimyaterapiya fonunda xəstələrdə yaranan yaddaş və diqqət pozğunluqlarını yüngülləşdirə bilər.

Tədqiqatçılar bitki ekstraktının şiş əleyhinə dərmanların tətbiqi zamanı idrak funksiyalarına təsirini öyrəniblər.

BAKU.WS-in "Food & Function" jurnalına istinadən verdiyi xəbərə görə, eksperimentlər zamanı alimlər kliniki praktikada geniş istifadə olunan və sinir sistemi üçün mənfi yan təsirləri ilə tanınan kimyaterapiya preparatı oksaliplatin vasitəsilə siçovullarda idrak pozğunluqları yaradıblar.

Daha sonra heyvanlara rozmarin ekstraktı - həm adi spirtli formada, həm də bioloji mənimsənilməni artırmaq üçün nano hissəciklər şəklində verilib.

Hər iki formada rozmarin beynin öyrənmə və yaddaşa cavabdeh hissəsi olan hippokampın zədələnməsini azaltdığı, həmçinin davranış, yaddaş və diqqət toplama qabiliyyətindəki pisləşməni yüngülləşdirdiyi müşahidə olunub.

Biokimyəvi analizlər göstərib ki, rozmarin ekstraktı sinir toxumasında antioksidant müdafiəni bərpa edir, iltihabı azaldır və neyronların məhvinə səbəb olan molekulyar mexanizmlərin aktivləşməsinin qarşısını alır.

Bundan əlavə, rozmarinin təsiri altında beynin struktur və funksiyalarının qorunmasında mühüm rol oynayan Wnt/β-katenin siqnal yolu aktivləşib. Ən önəmlisi isə, ekstrakt oksaliplatinin şiş əleyhinə effektivliyini azaltmayıb, bu da onun kliniki tətbiqi baxımından böyük əhəmiyyət daşıyır.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, rozmarin ənənəvi təbabətdə uzun müddətdir istifadə olunsa da, bu iş onun kimyaterapiya zamanı neyroprotektiv potensialını ətraflı şəkildə göstərən ilk elmi araşdırmalardan biridir.

Nəticələr hələlik yalnız heyvanlar üzərində əldə olunub, lakin onlar göstərir ki, bitki mənşəli qidalar onkoloji müalicənin nevroloji yan təsirlərini azaltmaq üçün əlavə vasitə kimi perspektivli ola bilər.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Cəbrayılın Şahvəlli kəndində "Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarının təməlini qoyub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər