Vəba epidemiyası yenidən YAYILIB - 12 nəfər ölüb
Mozambikdə vəba (xolera) epidemiyası nəticəsində 12 nəfər həyatını itirib. Ölkədə yoluxma halları artmaqda davam edir.
Far.Az xəbər verir ki, Milli İctimai Səhiyyə İdarəsinin məlumatına görə, 2025-ci il 3 sentyabr – 2026-cı il 27 yanvar tarixləri arasında ölkə üzrə 3 091 vəba hadisəsi qeydə alınıb, 36 nəfər ölüb. Yanvarın 28-də aşkar edilən 135 yeni yoluxma nəticəsində ölənlərin sayı 48-ə, ümumi yoluxma sayı isə 3 226-ya çatıb.
Statistikaya əsasən, ən çox yoluxma Nampula əyalətində qeydə alınıb. Bu bölgədə 1 576 yoluxma və 19 ölüm faktı təsdiqlənib.
Mozambik hökuməti 2030-cu ilə qədər vəbanın ölkədə ictimai səhiyyə problemi olmaması üçün təxminən 418,5 milyon avroluq fəaliyyət planı həyata keçirir.
Qeyd edək ki, "Vibrio" bakteriyasının yaratdığı vəba çirkli su və qida vasitəsilə yayılır, güclü ishal və susuzlaşmaya səbəb olur. Vaxtında tibbi yardım göstərilmədikdə xəstəlik ölümcül ola bilər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













