Azərbaycanda antivirus lisenziyası ilə ötən il 6 milyondan artıq zərərli aktivliyin qarşısı alınıb
Far.Az xəbər saytı

Azərbaycanda antivirus lisenziyası ilə ötən il 6 milyondan artıq zərərli aktivliyin qarşısı alınıb


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti son istifadəçilərin təhlükəsizliyinin təmin olunması məqsədilə 93 dövlət qurumunu əhatə edən, ümumilikdə 55 min istifadəçi üçün mərkəzləşdirilmiş antivirus lisenziyası təqdim edib.

"Far.Az" xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi İlqar Musayev 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, ötən il həmin sistem vasitəsilə 6 205 200 zərərli aktivliyin qarşısı alınıb ki, bu da əvvəlki ilə nisbətən 50,8 % azdır.

Müşavirədə xüsusi rabitə infrastrukturunun modernləşdirilməsi, dövlət orqanları arasında mühafizə olunan rabitə kanallarının etibarlılığının artırılması, məlumat ötürülməsi proseslərinin təhlükəsizliyinin təmin edilməsi və rabitə sistemlərinin ehtiyatlılıq və davamlılıq mexanizmlərinin gücləndirilməsi istiqamətində mühüm layihələr müzakirə olunub.

Hesabat dövründə kadr hazırlığı və bilik mübadiləsi istiqamətində mühüm nəticələrin əldə olunması qeyd edilib. Müşavirədə Dövlət Xidmətinin təşəbbüsü ilə ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, praktik yönümlü təlim və laborator mühitlərinin yaradılması istiqamətində konkret tapşırıqlar verilib.

İ.Musayev cari ildə qarşıda duran vəzifələrin icrası, xüsusi rabitə infrastrukturunun daha da gücləndirilməsi, texnoloji imkanların artırılması, insan resurslarının inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı tapşırıqlarını müşavirə iştirakçılarının nəzərinə çatdırıb.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər