Azərbaycan Avropa və Mərkəzi Asiya ölkələrinə hidrogen ixracı imkanlarını araşdırır
Far.Az xəbər saytı

Azərbaycan Avropa və Mərkəzi Asiya ölkələrinə hidrogen ixracı imkanlarını araşdırır


Azərbaycan hidrogen ixracı istiqamətində Avropa və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq imkanlarını araşdırır.

"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Dövlət Agentliyinin dəstəyi ilə "Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış Sənədi"nin Tətbiq Planının hazırlanması çərçivəsində tələbələr üçün keçirilən təlim seminarında bildirib.

Onun sözlərinə görə, hidrogenin ixracı üçün uzunmüddətli müqavilələr və nəqliyyat texnologiyalarının inkişafı əsas məsələlərdən biridir: "COP29 çərçivəsində ilk dəfə olaraq Hidrogen Bəyannaməsi irəli sürülüb və təşəbbüsə 70 dövlətlə yanaşı, 47 qeyri-dövlət qurumu dəstək verib".

Əlavə edib ki, Azərbaycanda hidrogen enerjisinin inkişafı üzrə balanslaşdırılmış, sürətləndirilmiş və ambisiyalı olmaqla üç ssenari hazırlanıb: "Hazırda ən real hesab edilən ssenari balanslaşdırılmış inkişaf modelidir. Balanslaşdırılmış ssenariyə əsasən illik təxminən 500 min ton, sürətləndirilmiş ssenariyə əsasən isə 1,2 milyon tona yaxın hidrogen istehsalı nəzərdə tutulur. Hidrogen həm daxili istifadə, həm də ixrac məqsədilə istehsal olunacaq".

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər