Bakıda təqdim olunan UIA alətləri Memarların Dünya Konqresində nümayiş etdiriləcək
Far.Az xəbər saytı

Bakıda təqdim olunan UIA alətləri Memarların Dünya Konqresində nümayiş etdiriləcək


Bakıda təqdim olunan, Beynəlxalq Memarlar İttifaqının (UIA) hazırladığı alətlər İspaniyanın Barselona şəhərində keçiriləcək Memarların Dünya Konqresində nümayiş etdiriləcək.

"Far.Az" xəbər verir ki, bunu Portuqaldilli Ölkələrin Beynəlxalq Memarlar Şurasının (CIALP) prezidenti, memarlıq üzrə fəlsəfə doktoru Rui Leao Bakıda keçirilən Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Dayanıqlı İnkişaf Məqsədlərindən Mənzillərə" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, həmin alətlər Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) şəhərsalma və memarlıq layihələrində daha effektiv tətbiqinə xidmət edir.

Konqres 28 iyun-1 iyul tarixlərində olacaq. Tədbirdə keçid dövründə olan dünyanın əsas urbanizasiya çağırışları müzakirə olunacaq.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər