Maksim Medvedev: "Qarabağ" İngiltərə klublarına qarşı yüksək tempdə oynamağa hazır deyil"
Far.Az xəbər saytı

Maksim Medvedev: "Qarabağ" İngiltərə klublarına qarşı yüksək tempdə oynamağa hazır deyil"


"Qarabağ" İngiltərə klublarına qarşı yüksək tempdə oynamağa hazır deyil.

Bunu "Far.Az"a açıqlamasında Ağdam təmsilçisinin sabiq kapitanı Maksim Medvedev deyib.

Keçmiş müdafiəçi komandanın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl" (İngiltərə) barədə fikirlərini bölüşüb.

"İngiltərə klublarına qarşı oyunlarımız hər zaman ağır olub. Həm qarşılaşmanın tempi, həm də keyfiyyət baxımından çətinlik çəkirik. Hələ ki, yüksək tempdə oynamağa tam hazır deyilik. Amma meydana çıxıb mübarizə aparmalıyıq. Artıq İngiltərənin digər klubları - "Çelsi" və "Liverpul"la oynamışıq, temp bizə bəllidir. Hansı üslubu seçdiklərini bilirik. Daim belə oyunlar olsa, təcrübə toplayıb daha yaxşı nəticələr qazana bilərik".

M.Medvedev maraqlı oyun gözlədiyini qeyd edib:

"Hazırda "Nyukasl"ın necə oynaması və heyəti barədə məlumatım yoxdur. Amma inanıram ki, "Liverpul"dan güclü olmayacaqlar. Ən azı başabaş oyun görmək istərdik".

Qeyd edək ki, komandalar arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər