"Araz-Naxçıvan"ın kapitanı: "Uğursuz gedişata "Sabah"a qalib gəlməklə son qoymaq istəyirik"
"Araz-Naxçıvan" Misli Premyer Liqasında uğursuz gedişata "Sabah"a qalib gəlməklə son qoymaq istəyir.
Bunu "Far.Az"a açıqlamasında Naxçıvan təmsilçisinin kapitanı Urfan Abbasov deyib.
Müdafiəçi uğur qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib:
"Bundan sonra çalışacağıq ki, baş məşqçinin verdiyi tapşırıqları daha düzgün yerinə yetirək. İnanıram ki, növbəti görüşlərdə uğur qazanacağıq. Qarşıda bizi "Sabah"la matç gözləyir. Uğursuz gedişata "Sabah"a qalib gəlməklə son qoymaq istəyirik".
O, baş məşqçi Andrey Demçenkonun rəhbərliyi altında meydana çıxdıqları və qələbə qazana bilmədikləri iki oyunu şərh edib:
"Qış fasiləsində yeni baş məşqçi Andrey Demçenkonun rəhbərliyi ilə hazırlıq üçün az vaxtımız oldu. Nəzərə almaq lazımdır ki, yeni mütəxəssisdir və futbola yanaşması fərqlidir. Taktiki və texniki çalışmalara üstlünlük verən baş məşqçidir. Demçenko gəldiyi ilk gündən komandanın daha çox ötürmələrlə oyun qurmasını istəyir. Onun rəhbərliyi altında iki görüşə çıxdıq. Əvvəlcə Qubada "İmişli"yə qarşı qarşılaşmada istədiyimizi edə bilmədik. Çünki ot örtüyü həqiqətən yaxşı vəziyyətdə deyildi. "Neftçi" ilə matçda isə, ümumiyyətlə, oyunumuz alınmadı. Həmin görüşdə buraxdığımız qollar bizə pis təsir etdi".
Qeyd edək ki, qış fasiləsində "Araz-Naxçıvan"a baş məşqçi təyin olunan Andrey Demçenko komandanı Premyer Liqada iki oyuna çıxarıb. Bölgə təmsilçisi XVII turda səfərdə "İmişli" ilə heç-heçəyə (2:2) razılaşıb, növbəti həftədə isə "Neftçi"yə 4 cavabsız qolla uduzub.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













