İngiltərə Nigeriyaya 420 milyon funt-sterlinq təzminat ödəyəcək
Nigeriyanın Enuqu əyalətində məhkəmə 1949-cu ildə İngilis müstəmləkə idarəçiliyi tərəfindən öldürülən 21 kömür mədənçisinin ailələrinə ümumilikdə 420 milyon funt-sterlinq təzminat ödənilməsi barədə qərar çıxarıb.
Far.Az Nigeriya Xəbər Agentliyinin (NAN) məlumatına istinadən xəbər verir ki, Enuqu Əyaləti Ali Məhkəməsinin hakimi Antoni Onovo İngiltərə hökumətinin hər bir qurban üçün 20 milyon funt-sterlinq olmaqla təzminat ödəməsinə və ailələrdən yazılı, qeyd-şərtsiz üzr istəməsinə hökm edib.
Hakim bildirib ki, mədənçilərin öldürülməsi yaşamaq hüququnun qanunsuz və məhkəməsiz şəkildə pozulmasıdır və bu hadisəyə görə İngilis müstəmləkə idarəçiliyi birbaşa məsuliyyət daşıyır.
Qərara əsasən, təzminat 90 gün ərzində ödənilməli, gecikmə halında isə illik 10 faiz faiz tətbiq olunmalıdır. Eyni zamanda üzr mətni Nigeriya və İngiltərədə üç milli qəzetdə dərc edilməlidir.
Qeyd edək ki, hadisə 18 noyabr 1949-cu ildə Enuqu şəhərində yerləşən İva Velli Kömür Mədənində baş verib. Ağır əmək şəraiti və maaş bərabərsizliyinə etiraz edən mədənçilərə atəş açılması nəticəsində 21 nəfər həlak olub, 51 nəfər yaralanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













