Avropa Komissiyası STEAS və TISS-in "SOCAR Terminal"a birgə nəzarətini təsdiqləyib
Far.Az xəbər saytı

Avropa Komissiyası STEAS və TISS-in "SOCAR Terminal"a birgə nəzarətini təsdiqləyib


Avropa Komissiyası Türkiyədə qeydiyyatdan keçmiş "SOCAR Aliağa Liman İşletmeciliği A.Ş." ("SOCAR Terminal") şirkəti üzərində "SOCAR Turkey Enerji A.Ş." (STEAS) və "Terminal Investment Switzerland Sàrl" (TISS) şirkətlərinin birgə nəzarətinin qurulmasına dair sövdələşməni təsdiqləyib.

Far.Az "Report"a istinadən xəbər verir ki, TISS "MSC Mediterranean Shipping Company Holding S.A." (İsveçrə) və "BlackRock"un (ABŞ) birgə nəzarəti altındadır.

Sövdələşmə əsasən Əliağa bölgəsində (İzmir vilayəti) konteyner terminalı xidmətlərinin göstərilməsini əhatə edir.

Avropa Komissiyası belə nəticəyə gəlib ki, sövdələşmə rəqabəti zəiflətməyəcək, çünki onun Avropa İqtisadi Zonasının bazarına təsiri məhduddur. Buna görə sövdələşmə sadələşdirilmiş prosedur çərçivəsində nəzərdən keçirilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər