Türkiyənin Taxıl Şurasının baş direktoru: "Qiymətlər sabitləşməyə başlayıb"
Far.Az xəbər saytı

Türkiyənin Taxıl Şurasının baş direktoru: "Qiymətlər sabitləşməyə başlayıb"


Dünyada buğda qiymətləri sabitləşməyə başlayıb.

"Far.Az" xəbər verir ki, bunu Türkiyənin Taxıl Şurasının baş direktoru Əhməd Gürdal Bakıda keçirilən "İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi" mövzusunda konfransda bildirib.

Bununla belə, onun sözlərinə görə, dünyada qida təhlükəsizliyi sahəsində hər gün yeni problemlə qarşılaşmaq mümkündür: “2020-ci ildə quraqlıq, sonra koronavirus pandemiyasının yayılması, ardınca Rusiya-Ukrayna müharibəsi qida sektorunu, xüsusilə taxıl istehsalını dəyişkən bir mərhələyə keçirib. Əgər 2 il əvvəl buğdanın 1 tonunun qiyməti 200 ABŞ dolları idisə, bu gün 400 ABŞ dollarından çoxdur. Lakin son vaxtlar qiymətlər sabitləşməyə başlayıb”.

Ə. Gürdal Qeyd edib ki, dünyada buğda ilə bağlı çətinliklər yarananda əksər ölkələr təhlükəsizliklərini düşünərək lazımi tədbirlər görüblər: “Biz də tədarükümüzü etdik. Quraqlıq illərindən sonra son 2 ildə kənd təsərrüfatı məhsullarında məhsuldarlıq müşahidə edilir. Hazırda bərəkətli bir dövrdür. Bu dövrdə tədarüklə bağlı tədbirlər görməliyik".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Məcnun Məmmədov: "1991-2023-cü illərdə taxıl istehsalı 2 dəfədən çox artıb"
İndiki qeyri-sabitlik şəraitində qızıl ən etibarlı yatırımdır: Pandemiyadan sonra enməyən qiymət - FOTO - ARAŞDIRMA
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər