Britaniya Baş nazirinin aparat rəhbəri Epşteyn qalmaqalı fonunda istefa verib
Far.Az xəbər saytı

Britaniya Baş nazirinin aparat rəhbəri Epşteyn qalmaqalı fonunda istefa verib


Böyük Britaniya Baş nazirinin aparat rəhbəri Morqan Maksuini mərhum amerikalı maliyyəçi Ceffri Epşteynə qarşı qaldırılan cinayət işi ilə bağlı qalmaqal fonunda istefa verib.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, Maksvininin getməsi, Baş nazir Kir Starmerin Dauninq küçəsinə gətirilməsində və 2024-cü il seçkilərindən əvvəl Leyborist Partiyasının transformasiyasında əsas rolu nəzərə alınmaqla, xüsusilə simvolikdir.

Mediada yayılan məlumatlara görə, Maksvini birbaşa Peter Mandelsonun Böyük Britaniyanın ABŞ-dakı səfiri təyin olunmasını dəstəkləyib. ABŞ Ədliyyə Nazirliyi tərəfindən bu yaxınlarda açıqlanan Epşteyn dosyesindən sənədlər diplomatın mübahisəli iş adamı ilə yaxın dostluğu haqqında yeni məlumatlar ortaya çıxarıb.

"Vəziyyəti diqqətlə araşdırdıqdan sonra hökumətdən istefa vermək qərarına gəldim. Peter Mandelsonu (səfir) təyin etmək qərarı səhv idi. O, partiyamıza və ölkəmizə zərər vurub və ümumiyyətlə siyasətçilərə olan etimadı sarsıdıb. Mənə müraciət edildikdən sonra bu təyinatı Baş nazirə tövsiyə etdim. Bu tövsiyəyə görə tam məsuliyyəti öz üzərimə götürürəm", - Maksvini açıqlamasında bildirib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Tənqid edilənlər, qalmaqal yaradanlar, ilklərə imza atıb, yeniliklər edənlər... - 2025-ci ilin əsas şou hadisələri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər