Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 27 %-dən çox azaldıb
Far.Az xəbər saytı

Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 27 %-dən çox azaldıb


Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 4,596 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.

"Far.Az" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 27,4 % azdır.

Hesabat dövründə Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 2,2 % artaraq 3 milyard 062 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox bu məhsulların idxalını Almaniya 490,007 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 6,1 % çox), Fransa 311,036 milyon ABŞ dolları (4,9 % az) və İspaniya 291,741 milyon ABŞ dolları (14,2 % çox) dəyərində həyata keçirib.

Oxşar xəbərlər

Azərbaycan Türkiyədən mədən sənayesi məhsullarının idxalına çəkdiyi xərci 19 %-ə yaxın azaldıb
Azərbaycanın Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci açıqlanıb
Azərbaycan regionda müsbət saldo saxlayan yeganə ölkədir
Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 2 %-ə yaxın artırıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər