Salar İmaməliyev: "Regional Akselerasiya Mərkəzi innovasiya ekosisteminin gücləndirilməsinə xidmət edir"
Far.Az xəbər saytı

Salar İmaməliyev: "Regional Akselerasiya Mərkəzi innovasiya ekosisteminin gücləndirilməsinə xidmət edir"


Azərbaycanda açılan Regional Akselerasiya Mərkəzi qlobal şəbəkənin tərkib hissəsidir və innovasiya ekosisteminin gücləndirilməsinə xidmət edir.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) kommersiya üzrə baş direktoru Salar İmaməliyev Bakıda keçirilən "Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü" forumunda bildirib.

Baş direktorun sözlərinə görə, Azərbaycanda Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb: "Mərkəzin yaradılması beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm nailiyyətlərdən biridir. Mərkəz startapları, korporasiyaları, dövlət qurumlarını və akademik təşkilatları bir araya gətirərək regionda və ondan kənarda innovativ sahibkarlığın inkişafına töhfə verir".

O əlavə edib ki, bu platforma yeni texnoloji həllərin hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması üçün əlverişli mühit yaradır: "Beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycanın innovasiya xəritəsində mövqeyini möhkəmləndirir və ölkəni regional texnologiya mərkəzinə çevirmək istiqamətində atılan addımların tərkib hissəsidir".

S.İmaməliyev vurğulayıb ki, Azərbaycan–Türkiyə əməkdaşlığı da məhz bu kontekstdə xüsusi əhəmiyyət daşıyır və forum çərçivəsində keçirilən görüşlər konkret layihələrin formalaşmasına zəmin yaradacaq: "Əsas məqsəd innovasiya və texnologiya sahəsində əməkdaşlığı praktik nəticələrə yönəltmək və uzunmüddətli tərəfdaşlıqları təmin etməkdir".

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Bakıda ITU-nun Regional Akselerasiya Mərkəzi açılıb
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
SOCAR-ın nəzdində Əməliyyat Texnologiyaları Akademiyası fəaliyyətə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər