İlham Əliyev ölkənin 30 il ərzində üzləşdiyi haqsızlığa beynəlxalq ictimaiyyətin reaksiyasına dair düzgün qiymət verdi - RƏY
Far.Az xəbər saytı

İlham Əliyev ölkənin 30 il ərzində üzləşdiyi haqsızlığa beynəlxalq ictimaiyyətin reaksiyasına dair düzgün qiymət verdi - RƏY


Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən etdiyi çıxışında əsas istiqamətlərdən biri ölkənin 30 ilə yaxın müddətdə üzləşdiyi ədalətsizliyə və beynəlxalq institutların bu dövrdə nümayiş etdirdiyi münasibətə verilən qiymət idi.

Bunu "Report"a siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

O qeyd edib ki, Azərbaycan illərlə təkcə ərazilərinin işğal altında olması ilə deyil, beynəlxalq hüququn qəbul edilmiş qərarlarının icrasız qalması ilə də üzləşdi:

"BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi mövcud idi, Azərbaycan bütün beynəlxalq platformalarda bu məsələni qaldırırdı, amma Ermənistana qarşı işğala görə real sanksiya mexanizmi tətbiq edilmədi, işğalçı öz adı ilə çağırmadı".

Ü. Zülfiqar xatırladıb ki, Azərbaycan uzun illər beynəlxalq təşkilatlardan ən azı işğala aydın siyasi qiymət verməyi, işğalçını öz adı ilə çağırmağı tələb edirdi, amma bunun əvəzində Azərbaycan 2023-cü ilin sentyabrında bütün ərazisi üzərində suverenliyini bərpa etdikdən cəmi bir neçə ay sonra AŞPA Azərbaycan nümayəndə heyətinə qarşı açıq-aşkar qərəz nümayiş etdirdi:

Ülviyyə Zülfiqar
"İşğal dövründə Ermənistana qarşı tətbiq edilməyən konkret addımlar, təşkilatın qərəzli şəkildə Azərbaycanı hədəf alması ilə ikili standartlar barədə bir daha əminlik yaratdı".

Onun fikrincə, Azərbaycanın öz təcrübəsi də göstərdi ki, beynəlxalq hüquqda qərarın mövcud olması onun avtomatik icrası demək deyil.

"30 il ərzində qəbul edilmiş sənədlərlə real vəziyyət arasında böyük məsafə qaldı və nəticədə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini öz siyasi iradəsi və gücü hesabına bərpa etdi. Azərbaycan 30 il ərzində yaşadığı təcrübəni unutmayıb və beynəlxalq münasibətlərdə ikili standartların hansı nəticələr doğura bildiyini yaşayıb", - siyasi icmalçı deyib.

Ü.Zülfiqar deyib ki, məhz bu təcrübə fonunda dövlət başçısının Türk dünyasının, Qafqazın və bütövlükdə İslam aləminin birliyi ilə bağlı qeyd etdiyi məqamlar xüsusi məna daşıyır.

"Bu, Azərbaycanın özünün yaşadığı 30 illik siyasi təcrübədən çıxan nəticədir. Ayrı-ayrılıqda dövlətlər siyasi təzyiq, ikili standartlar və ədalətsiz münasibətlə üzləşə bilərlər, amma ortaq maraqlar ətrafında formalaşan birlik onların həm siyasi çəkisini, həm də öz hüquqlarını müdafiə etmək imkanlarını artırır. Azərbaycanın verdiyi mesaj da budur: beynəlxalq münasibətlərdə ədalətin təmin olunması üçün yalnız hüquqi sənədlərə deyil, həmin hüququ müdafiə edə biləcək siyasi iradəyə, gücə və həmrəyliyə də ehtiyac var".

Oxşar xəbərlər

İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər