Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
Far.Az xəbər saytı

Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi


ABŞ Çinlə süni intellektin səhvi səbəbindən az qala hərbi münaqişəyə başlayacaqdı.

"Far.Az"un məlumatına görə, bu barədə CNN telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, süni intellektin köməyi ilə hazırlanmış kəşfiyyat hesabatında Çinin Yaxın Şərqdəki gəmisinin nüvə silahı proqramı üçün komponentlər daşıdığı barədə yanlış məlumat yer alıb.

ABŞ hərbçiləri gəmini ələ keçirmək üçün əməliyyat hazırlamağa başlayıb, hərbi təyyarələr isə artıq havaya qalxıb. Yalnız əməliyyatın başlamasına az müddət qalmış hərbçilər hesabatı ətraflı şəkildə yoxlayıblar və analitikin istifadə etdiyi çat-botun gəminin daşıdığı yükü səhv müəyyənləşdirdiyini üzə çıxarıblar.

CNN-in məlumatına görə, analitik ABŞ-nin Sakit Okean Xüsusi Əməliyyatlar Komandanlığından daxil olan gəmi manifesti ilə bağlı kəşfiyyat məlumatlarını təhlil etmək üçün çat-botdan istifadə edib. Sistem açıq mənbələrdən əldə olunan məlumatları radioelektron kəşfiyyatın məxfi məlumatları ilə birləşdirərək yükün xarakteri barədə səhv nəticəyə gəlib.

Daha sonra analitik əldə olunan nəticələri adətən ABŞ hərbçilərinin etibar etdiyi standart kəşfiyyat hesabatı formasına salmaq üçün yenidən süni intellektdən istifadə edib və hazırlanmış sənədi yayıb.

"Bu hesabat tamamilə yanlış idi", – deyə telekanalın mənbələrindən biri bildirib. O, baş verənlərin "az qala müharibəyə səbəb olduğunu" əlavə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər