Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib
Azərbaycanla "Microsoft" şirkəti arasında ölkədə sənaye və dövlət sektorunda rəqəmsal texnologiyaların tətbiqinə dair nümunələri nümayiş etdirən Rəqəmsal Bacarıq Mərkəzinin (Digital Capability Center) yaradılması üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
"Report" İqtisadiyyat Nazirliyinə istyinadən xəbər verir ki, müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin "Microsoft"un Mərkəzi Avropa və Mərkəzi Asiya regionu üzrə prezidenti Barbora Pauloviç Dekkerova ilə görüşündə baş tutub.
Tərəflər həmçinin rəqəmsal həllərin tətbiqi, süni intellekt texnologiyalarının inkişafı, kadr potensialının artırılması ətrafında fikir mübadiləsi aparıb.
Görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes və investisiya mühiti, rəqəmsal iqtisadiyyatın inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Ölkədə innovasiya ekosisteminin gücləndirilməsi, texnoloji təcrübənin tətbiqi və digər sahələr üzrə əməkdaşlıq potensialı qeyd olunub.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
2025-ci il: Texnoloji tərəqqi və süni intellektin təkamülü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb













