Dünya Bankı şəhər infrastrukturuna özəl investisiyaların cəlb edilməsini dəstəkləməyə hazırdır
Far.Az xəbər saytı

Dünya Bankı şəhər infrastrukturuna özəl investisiyaların cəlb edilməsini dəstəkləməyə hazırdır


Bələdiyyələrin infrastrukturuna özəl kapitalın cəlb edilməsi kəskin zərurətdir.

"Far.Az"un məlumatına görə, bunu Dünya Bankının infrastruktura üzrə vitse-prezidenti Valeri Levkov (Valérie Levkov) Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Maliyyə cəhətdən cəlbedici bələdiyyələr, rahat şəhərlər. Şəhərlər lazımi miqyasda uzunmüddətli maliyyə vəsaitini necə cəlb edə bilər?" mövzusunda panel müzakirəsində bəyan edib.

"Şəhər infrastrukturunun inkişafına investisiya qoyuluşu dövrümüzün əsas problemlərindən biri olaraq qalmaqda davam edir. Şəhərlərin sistemli inkişafına can atırıqsa, özəl investisiyaların cəlb edilməsi artıq seçim məsələsi olmaqdan çıxıb. Bununla yanaşı, inkişaf etməkdə olan dövlətlərin bələdiyyə infrastrukturuna yönəldilən özəl kapitalın həcmi son dərəcə cüzi və sabit şəkildə aşağı olaraq qalır.

Məsələn, inkişaf etməkdə olan dünyanın 100 ən böyük şəhərindən yalnız 35-i 2023-cü ilə qədər bələdiyyə istiqrazları buraxılışını həyata keçirib. Dünya Bankı Qrupu məhz bu istiqamətdə mövcud olan bütün alətləri səfərbər edərək yardım göstərməyi planlaşdırır", - V.Levkov vurğulayıb.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər