COP29 prezidenti ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib
Far.Az xəbər saytı

COP29 prezidenti ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib


COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesusla iqlim dəyişikliyinin qlobal səhiyyə sistemlərinə təsiri ətrafında fikir mübadiləsi aparıb.

“Report” xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) sosial şəbəkə hesabında bildirilib.

“COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesusla görüşərək ətraf mühitin məhv edilməsi və iqlim dəyişikliyinin qlobal səhiyyə sistemlərinə dərin təsirini müzakirə edib”, – məlumatda diqqətə çatdırılıb.

Oxşar xəbərlər

Muxtar Babayev NGBM-nin tədbirində iqlim dəyişikliyi fəsadlarının yumşaldılmasından danışıb
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Nazir: İqlim dəyişmələri Azərbaycanın kənd təsərrüfatına ciddi təsir göstərir
BMT-də COP29 prezidentliyinin ev sahibliyi ilə "Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları” təşəbbüsü müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər