70 yaşlı Azərbaycan Televiziyası: Dünəndən bu günə
Far.Az xəbər saytı

70 yaşlı Azərbaycan Televiziyası: Dünəndən bu günə


Baku TV Azərbaycan televiziyasının fəaliyyətə başlamasının tarixçəsi ilə bağlı reportaj hazırlayıb.

1956-cı ilin fevral ayının 14-ü Bakı televiziyasının efirə ilk dəfə çıxdığı gündür.

Birinci dəfə "Diqqət! Göstərir Bakı" sözlərini səsləndirən gözəl aktrisa Nəcibə Məlikova olub. Bu tarixi gündən sonra televiziya tamaşaçıları yalnız səs deyil, həm də şəkil görməyə başlayıblar.

İlk yayım "Bəxtiyar" filmi olsa da, ötürücü cihazlarda yaşanan siqnal problemləri səbəbindən film səssiz şəkildə yayımlanıb. Lakin bu problemlər 1957-ci ildə 180 metrlik yeni televiziya qülləsinin istifadəyə verilməsi ilə həll olunub.

Başlanğıcda həftədə iki dəfə, sonra isə üç dəfə iki saatlıq yayımlar edən Bakı Televiziya Studiyası zamanla Azərbaycan Televiziyasına çevrilib. Bu dövrdə verilişlərin sayı artıb, amma televiziya hələ də yeni bir sahə olduğundan mütəxəssis tapmaq çətin olub.

Rejissor, Xalq artisti Ramiz Həsənoğlu bu barədə belə danışıb:

"Əvvəllər yalnız bir televiziya var idi və bütün gözlər ona yönəlmişdi. Bu səbəbdən proqram siyasəti məhdud və ciddi idi. Amma indi zaman dəyişib və kanalların sayı çoxalıb. Hər bir kanal özünü daha cazibədar etmək üçün reklam verənləri cəlb etməyə çalışır".

Aparıcı Tural Əsədovun sözlərinə görə, o dövrdə məşhurlara maraq çox idi:

"Onlar ağıllı danışırdılar və bu, insanlara təsir edirdi".

Aparıcı Zaur Baxşəliyev isə sosial layihələrin əhəmiyyətindən danışıb:

"90-cı illərdə Şuşadan məcburi köçkün düşəndə çox çətin bir dövr yaşadıq. O dövrdə hər zaman gözün qapıda olurdu ki, bir yardım gələcək. Mənim üçün sosial layihələr cəmiyyətin aynasıdır. Ən mənfi tərəf isə sosial layihələrin reytinq savaşına çevrilməsidir. Bu, cəmiyyətə mənfi təsir göstərir".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Dünyanın ən gözəl qızı" Tilan Blonde hazırda 24 yaşındadır
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər