Avropa Komissarı: TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər
"Regionda böyük dəyişikliklərin baş verdiyinin şahidiyik və bu, sülh olmadan mümkün olmazdı".
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos Münhendə "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələrdə deyib.
M.Kos bildirib ki, qısa müddətdə qısa irəliləyiş baş verib. "Hələ də hər şey edilməyib, amma həqiqətən, proses çox sürətlə irəliləyir. Hər iki tərəfdən siyasi iradə lazımdır. Bu, Avropadan da bizə çoxlu kanallar açdı və məsələn, indi Ermənistan, Azərbaycan və Türkiyə ilə layihələrin siyahısını tərtib edirik. Siz TRIPP layihəsi haqqında danışdınız. İndi Azərbaycanla birlikdə Naxçıvan dəmir yolu ilə bağlı texniki-iqtisadi əsaslandırmanı işə salmaq barədə müzakirələr aparırıq ki, bu da bizim üçün beynəlxalq maliyyə institutları ilə birlikdə böyük maraq doğurur. Naxçıvanla birlikdə TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər" - deyə o, bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













