Naxçıvanda İrandan Türkiyəyə gedən yük maşınında 41 kq-dan artıq metamfetamin aşkarlanıb
Naxçıvanda İrandan Türkiyəyə gedən yük maşınında xüsusi üsulla gizlədilmiş 41 kiloqramdan artıq maye halında metamfetamin aşkar olunub.
"Far.Az"un yerli bürosu xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Azərbaycandan tranzit keçməklə İrandan Türkiyəyə gedən yük nəqliyyat vasitəsi "Şahtaxtı" gömrük postunda gömrük yoxlamasına cəlb edilib.
Yoxlama zamanı, nəqliyyat vasitəsinə aid qoşqudan, kustar üsulla hazırlanmış xüsusi saxlanc yerindən 20 ədəd plastik qabda maye halında, təmiz çəkisi 41 kiloqram 600 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Son 11 ayda narkotiklə bağlı 7 min 441 cinayət faktı aşkarlanıb
Astara Gömrük İdarəsində 148 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb - FOTO
"Culfa" gömrük postunda 63 kiloqram narkotik vasitə aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
-
Azərbaycanda daha bir həkim vəfat etdi













