Berlində Azərbaycan Kino Günləri keçirilib
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin, Azərbaycanın Almaniyadakı Səfirliyinin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Berlində Azərbaycan Kino Günləri keçirilib.
Nazirlikdən "Far.Az"a verilən xəbərə görə, bu çərçivədə "Zəfər rəqsi" filmi nümayiş olunub.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən İsa Məmmədov çıxış edərək tədbirin məqsədi, Azərbaycan kinosunun beynəlxalq məkanda tanıdılması və mədəniyyətlərarası dialoqun gücləndirilməsi baxımından əhəmiyyəti barədə məlumat verib.
Xalq artisti Mehriban Zəki Azərbaycan kinosunun son illərdə qazandığı uğurlardan və müasir kino nümunələrinin beynəlxalq auditoriya ilə təmasının vacibliyindən danışıb.
Filmin ideya müəllifi, "Ədibin evi" Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva çıxış edərək ekran əsərinin beynəlxalq nümayişinin Berlində başlamasının əhəmiyyətini vurğulayıb.
Kino nümayişindən sonra iştirakçılar arasında şəbəkələşmə görüşü təşkil olunub.
Oxşar xəbərlər
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat etdi
-
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
GTA VI oyununun qiyməti 100 dollar olacaq?
-
Bakının premium ərazilərində torpaq: 1 sot 2 milyon manata satılır













