İqor Yakovenko: "Ansys" konfransı Azərbaycan və ABŞ arasında texnoloji əməkdaşlığı gücləndirir"
Far.Az xəbər saytı

İqor Yakovenko: "Ansys" konfransı Azərbaycan və ABŞ arasında texnoloji əməkdaşlığı gücləndirir"


Hazırda Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq münasibətləri qurulub.

"Report" xəbər verir ki, bu barədə "AZEL Systems" şirkətinin baş direktoru İqor Yakovenko ""Ansys": Azərbaycanda rəqəmsal layihələndirmə və innovativ həllər" konfransda bildirib.

"Bugünkü konfrans bu tərəfdaşlığın kiçik, lakin mühüm tərkib hissələrindən biridir. Ümid edirəm ki, bunun sayəsində ABŞ texnologiyaları Azərbaycan iqtisadiyyatı üçün daha əlçatan olacaq. Bu, hər iki ölkəyə - həm ABŞ-yə, həm də Azərbaycana fayda gətirəcək", - Yakovenko vurğulayıb.

Baş direktor xatırladıb ki, "AZEL Systems" artıq bir neçə onillikdir ki Amerika Ticarət Palatasının üzvüdür.

""SOCAR Downstream" ilə birgə Ümumdünya Neft Emalı Assosiasiyasına (öz sahəsində ən böyük biznes assosiasiyası - red.) rəqəmsallaşdırma üzrə layihə təqdim etdik və ötən ilin noyabrın 18-də o, ən yaxşı layihə kimi tanındı", - İ. Yakovenko deyib.

Onun sözlərinə görə, "AZEL Systems" ERP sistemlərinin tətbiqi üzrə mürəkkəb layihələr reallaşdırır, mühəndislik üçün İT həllər təqdim edir və sistem inteqrasiyası ilə məşğul olur.

"Bu o deməkdir ki, biz rəqəmsallaşdırma, informasiyalaşdırma və digər istiqamətlərdə kompleks "açar təhvili" həllər təklif edə bilərik", - baş direktor əlavə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər