Elnarə Ənsari: Bu günə qədər 920-dən çox həssas kateqoriyaya aid şəxsə xidmət göstərilib
Far.Az xəbər saytı

Elnarə Ənsari: Bu günə qədər 920-dən çox həssas kateqoriyaya aid şəxsə xidmət göstərilib


DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi yalnız yaradıcılıq bacarıqlarının inkişafına deyil, eyni zamanda həssas kateqoriyadan olan şəxslərin məşğulluq imkanlarının artırılmasına xüsusi önəm verir.

"Report" xəbər verir ki, bunu Mərkəzin direktoru Elnarə Ənsari "İnklüziv Karyera Forumu"nda çıxışı zamanı deyib.

O qeyd edib ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazın ən böyük inklüziv yaradıcılıq mərkəzləridir.

"Fəaliyyət göstərdiyimiz müddətdə 920-dən çox həssas kateqoriyaya aid şəxsə xidmət göstərilib. Onların 700-dən çoxu əlilliyi olan şəxslərdir, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və onların ailə üzvləri. Eyni zamanda şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum uşaqlar və aztəminatlı ailələrdən olan şəxslər də xidmətlərdən yararlanır".

Direktor qeyd edib ki, hazırda mərkəz və filiallarda 274 benefisiar 14 müxtəlif istiqamət üzrə təlimlərdə iştirak edir:

"20-yə yaxın benefisiar ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunub, 10-dan artıq şəxs isə mərkəz və filiallarımızda işlə təmin edilib. Onların bir qismi artıq təlimçi kimi fəaliyyət göstərir".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər