

Baş Prokurorluq, ETSN və BDU-nun birgə ECOLEAD layihəsi icra olunur
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universitetinin birgə həyata keçirdiyi ECOLEAD (Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq mahfizə tədbirləri) layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib.
“Far.Az” xəbər verir ki, qurumların rəsmilərinin və əməkdaşlarının, o cümlədən Bakı Dövlət Universiteti tələbələrinin iştirakı ilə keçirilən tədbir zamanı Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi boyunca Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun ağaclar əkilib.
Qeyd edək ki, ECOLEAD platforması prokurorluq əməkdaşları, ekoloqlar, ali təhsil ocaqları və ictimaiyyət nümayəndələrinin səyləri nəticəsində ətraf mühitin mühafizəsi sahəsində pozuntuların qarşısının alınması, təcrübənin paylaşılması və cəmiyyətin maariflənməsinə yönəlib.
ECOLEAD layihəsi respublika ərazisində ekoloji cinayətlər nəticəsində zədələnmiş yaşıllıqların bərpası məqsədi daşıyır. Layihənin əsası Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universiteti arasında Xankəndi şəhərində keçirilmiş tədbirdə imzalanmış Anlaşma Memorandumu ilə qoyulub, sonra memoranduma Naxçıvan Dövlət Universiteti qoşulub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Tələbə adını qazanan şəhid övladları - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Barselona" böyük hesabla məğlub oldu
-
FHN-in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə edib
-
Vətən müharibəsi iştirakçısı 27 yaşında vəfat etdi
-
Bakıda qayda pozan zibil maşını AŞDI - ANBAAN VİDEO
-
Hakan Fidan sabah Azərbaycana gələcək
-
Stoltenberq: "2018-ci ildə NATO-nun dağılma riski real idi"