Fuad Muradov: İraq türkmanlarının problemləri daim Azərbaycan dövlətinin diqqətindədir
Far.Az xəbər saytı

Fuad Muradov: İraq türkmanlarının problemləri daim Azərbaycan dövlətinin diqqətindədir


İraq türkmanlarının problemləri daim Azərbaycan dövlətinin diqqətindədir.

"Report" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kərkük Mədəniyyət Dərnəyinin təsisçisi və rəhbəri Şəmsəddin Kuzəçi ilə görüşdə bildirib.

Komitə sədri Azərbaycan icmalarının hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olduğunu vurğulayıb. Xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyalarına, milli dəyərlərə sadiqliyini və xalqımızın qədim mədəniyyətinin təbliği istiqamətində gördükləri işləri yüksək qiymətləndirib.

İraq türkmanlarının problemlərinin də daim Azərbaycan dövlətinin diqqətində olduğunu söyləyən Fuad Muradov iki qardaş xalq arasındakı mədəni-ədəbi əlaqələrin inkişafına Şəmsəddin Kuzəçinin verdiyi töhfələri qeyd edib, gələcək fəaliyyətlə bağlı tövsiyələrini nəzərə çatdırıb.

Qonaq, öz növbəsində, dərnəyin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Komitə tərəfindən dərnəyin fəaliyyətinə göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
ABŞ vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir
Bakı Kitab Mərkəzində "Zəfər sevinci" adlı musiqili-ədəbi gecə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər