Yasamalda sakinlərin problemi həll edilib
Far.Az xəbər saytı

Yasamalda sakinlərin problemi həll edilib


Yasamal rayonu, Mətbuat prospekti 18/7, məhəllə 539 ünvanında qoyulan şlaqbaumlar yenidən sökülüb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, polis və aidiyyəti qurumların əməkdaşları tərəfindən vətəndaşları narahat edən hal aradan qaldırılmaqla şlaqbaumun sökülməsi təmin edilib.

Yasamalda sakinlərin problemi həll edilib

Yasamalda sakinlərin problemi həll edilib

Yasamalda sakinlərin problemi həll edilib

***15:29

Yasamal rayonu, Mətbuat prospekti 18/7, məhəllə 539 ünvanında qoyulan şlaqbaumlar narazılığa səbəb olub.

BAKU.WS xəbər verir ki, bu barədə "Qafqazinfo"ya müraciətində 24 saylı Vəkil Bürosunun üzvü Vüsal Kazımzadə bildirib.

Vəkilin sözlərinə görə, özünü MTK sədri və işçisi kimi təqdim edənlər 1 hektara yaxın əraziyə giriş-çıxışı qanunsuz olaraq məhdudlaşdırıb: "Üzvü olduğum büronun fəaliyyət göstərdiyi ünvanda yerləşən inzibati bina köhnə tikilidir və Azərbaycan Texniki Universitetinin müəllimlərinin binası kimi tanınır. Binanın həyətini və ətrafını əhatə edən ərazi bir neçə sakin, eləcə də özünü MTK nümayəndəsi kimi təqdim edən şəxslər tərəfindən əsassız və qanunsuz şəkildə zəbt olunub, hər iki tərəfə şlaqbaumlar qoyularaq buraya giriş-çıxışın qadağan edildiyi yazılıb. Beləliklə, binanın həyətinə avtonəqliyyat vasitələrinin daxil olması məhdudlaşdırılıb, bunun nəticəsində büronun fəaliyyəti çətin vəziyyətə düşməklə iş ahəngi pozulub. Nəticə etibarilə min kvadrat metrdən artıq olan və dövlətin mülkiyyətindəki ərazinin giriş-çıxışı məhdudlaşdırılmaqla, buraya həm də operativ nəqliyyat vasitələrinin girişi qadağan edilib".

V.Kazımzadə əlavə edib ki, qeyd edilən ünvanda digər sahibkarlıq subyektləri, mağazalar da yerləşir: "Bir neçə nəfərin quraşdırdığı şlaqbaumlar ucbatından marketlərə mal gətirən kiçiktutumlu yük maşınlarının da hərəkəti məhdudlaşıb və sahibkarlar da çətinliklə üzləşiblər. Biz məsələ ilə bağlı aidiyyəti qurumlara, eləcə də FHN-ə, icra hakimiyyətinə, polisə müraciət etmişik".

Oxşar xəbərlər

Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Yasamalda nazirliyin sökdüyü şlaqbaumu yenidən quraşdırıblar
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər