Bakıda "Xocalı: Səssizlərin səsi Reza Deqatinin obyektivində" adlı fotosərgi keçirilir
Prezident Kitabxanasının təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunan fotosərgi keçirilib.
"Far.Az" xəbər verir ki, tədbirdə fotoqraf Reza Deqatinin obyektivindən Xocalı həqiqətlərini əks etdirən fotoların təqdimatı baş tutub.
Prezident Kitabxanasının direktoru Afət Abbasova deyib ki, bu il Xocalı faciəsinin 34-cü ildönümü yad ediləcək:
"Biz çalışırıq ki, Xocalı faciəsinin dəhşətini bir daha fotolarla göstərək. Biz bu faciəni yaşadıq. Hər gün gənclərə belə bir faciənin baş verməməsi üçün onları məlumatlandırmalıyıq. Bu gün torpaqlarımız azaddır, suverenliyimiz bəpa olundu. Bu gün Xocalı azaddır".
Reza Deqati isə bildirib ki, Xocalı faciəsi heç vaxt unudulmayacaq:
"Bu faciənin 34 il əvvəl şahidi olmuşam. Ailələrin, uşaqların başlarına gələn faciələri illərdir unuda bilmirəm. Onların səsi hələ də kabus kimi yaddaşımdadır. Bunu illərdir dünyaya çatdırmaq istəyirəm. Mənə nə qədər təzyiqlər olsa da, bu həqiqətləri dünyaya çatdırmağa davam edirəm. Malayziyada, Fransada, ABŞ-də bu mövzu ilə bağlı sərgilərimi davam etdirəcəyəm".
Sərgidə ziyarətçilərə tarixi yaddaş, insan taleləri və müharibənin izləri sənədli foto dilində çatıdırılıb.
Fotosərgi fevralın 28-dək hər gün saat 10:00-dan 17:00-dək nümayiş etdiriləcək, giriş sərbəstdir.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb













