Ankarada "Xocalı qətliamı: Böyük cinayət" adlı panel müzakirələri keçirilib
Ankarada Türkiyənin Hacı Bayram Vəli Universitetində (HBVU) Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar "Xocalı qətliamı: Böyük cinayət" adlı panel müzakirələri keçirilib.
"Report"un Türkiyə bürosu xəbər verir ki, universitetin prorektoru professor Fulya Bayraktar Ermənistanın təcavüzü zamanı törədilən vəhşiliklərdən danışıb.
O, deyib ki, bu hadisələrə düzgün qiymət veriləcəyinə və cinayətkarların cəzalanacağına inanır:
"Qeyri-insani hərəkətlərin qarşısını almaq üçün ədalət, vicdan və ləyaqət anlayışları beynəlxalq münasibətlər sisteminin əsasını təşkil etməlidir. Dünyanın başqa yerlərində bu cür vəhşiliklərin təkrarlanmaması üçün Xocalı soyqırımı daim xatırlanmalıdır".
Sonra ermənilərin Azərbaycanın Xocalı şəhərinin mülki əhalisinə qarşı törətdiyi vəhşiliklərə həsr olunmuş film nümayiş etdirilib.
"A Haber" televiziyasının Vaşinqton müxbiri İrfan Sapmaz Türkiyədən Xocalı hadisələrinin yeganə şahidi kimi videokonfrans vasitəsilə panelə qatılaraq Xocalı soyqırımı zamanı insanlığa qarşı törədilən vəhşi cinayətlərdən danışıb. O, təəssüflə bildirib ki, ABŞ-də erməni diasporası hələ də aktivdir və buna qarşı türk dünyasının səfərbər olması vacibdir: "Mən buradan bütün dünya türklərinə çağırış edirəm: yalan və xülyalarla yaşayan 3 milyonluq bir topluma qarşı 250 milyon türk birləşməlyik və həqiqətlərimizi dünyaya düzgün şəkildə çatdırmaq üçün bütün cəhdlrərimizi işə salmalıyıq".
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib ki, İkinci Dünya müharibəsindən sonra çox insanlar Holokostun təkrarlanacağını gözləmirdi, amma Xocalıda baş verən cinayətlər bunun əksini göstərdi və Azərbaycan illərlə "Xocalıya ədalət" tələbilə dünya ictimaiyyətinə səs saldı:
"Lakin beynəlxalq ictimaiyyətdən lazımi cavabı almadıqda, tarixi ədaləti bərpa etdik, işğal olunmuş torpaqlarımızı geri ala bildik. Bu gün Xocalı soyqırımının səbəblərini xüsusilə elmi baxımdan təhlil etməyə böyük ehtiyac var. Bütün bunlara baxmayaraq biz komptomisə getməyi də bilirik. Bu cür hadisələrin təkrarlanmasının qarşısını almaq üçün, biz barış, sülh astanasındayıq. Amma 30 il işğala, zülmə məruz qalan bir xalqla, hücumçu, təcavüzkarların sülə baxışı fərqlidir. Biz sülhə tarixi unutmadan, ədaləti bərpa etməklə və elmi araşdırmalarımızla suallarımıza cavab tapa taparaq hazırıq".
Professor Cavid Abdulazadə bildirib ki, Xocalıda baş verən qətliamların cinayət və Azərbaycan türklərinə törədilmiş soyqırım olmasını sübuta yetirmək üçün beynəlxalq hüququn əsaslarına istinad olunmalı və faktlar ortaya qoyulmalıdır: "Bu sübutlar hüquqi baxımdan əsaslandıtılmadığı müddətcə biz Xocalı hadisələrini soyqırım olaraq sübuta yetirə bilmərik. Odur ki, türk xalqlarına qarşı törədilən vəhşiliklərin, qətliamların sübuta yetirilməsi üçün hüquqşünaslarımızın mütəşəkkiliyinə, təbliğatın düzgün qurulmasına ehtiyac var".
Tədbir çərçivəsində Xocalı soyqırımı mövzusunda fotosərgi də təşkil olunub.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Hikmət Hacıyev: Genişmiqyaslı layihələrə Ermənistanın tranzit ölkə kimi qoşulması mümkündür
-
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
-
Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək
-
Son bir həftədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 min manatdan çox ziyan dəyib - RƏSMİ
-
Soheyl Mahmud: Azərbaycan "D-8"in strateji baxışına əhəmiyyətli töhfə verməkdə qətiyyətlidir













