Ankarada Azərbaycanın Anım Günü qeyd edilib
Bu gün Azərbaycanın Türkiyədəki səfirliyi 27 Sentyabr - Anım Günü ilə əlaqədar Ankara şəhərində mərasim təşkil edib.
“Far.Az”un Ankara bürosu xəbər verir ki, “Qarabağ Azərbaycandır!” şüarı ilə keçirilən tədbir səfirliyin nəzdində yerləşən Şuşa Konqres Mərkəzində baş tutub.
Tədbirdə torpaqların bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi ehtiramla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Türkiyənin Din İşləri Ali Şurasının mütəxəssisi Zafer Koç şəhidlərin ruhuna dualar oxuyub.
Mərasimdə vətən torpaqlarının bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərdən, Azərbaycanın dövlət müstəqilliyi və bütövlüyü yolunda aparılan milli-azadlıq mübarizəsindən bəhs edən film nümayiş olunub.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib ki, xalqımız vətənin bütövlüyü uğrunda həmişə mübariz olub və təcavüzkar Ermənistanın cəhdlərinə baxmayaraq, qəhrəman Azərbaycan Ordusu hər zaman öz torpağının, dövlət sərhədinin keşiyində mətinliklə dayanır və dayanacaq.
Səfir deyib ki, Azərbaycanın rəşadətli hərb zəfəri bölgəyə sülh və əmin-amanlıq vəd edir və Ermənistan öz xeyrinə olan bu fürsəti düzgün dəyərləndirməlidir.
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü və Türkiyə- Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) İdarə Heyətinin sədri Prof. Dr. Aygün Attar Azərbaycana qarşı aparılan erməni təcavüzkarlığından danışıb.
Səfirlik nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bütün şəhidlərin böyük ehtirama layiq olduğunu bildirərək qeyd edib ki, rəhbərlik etdiyi Mərkəzin təşəbbüsü ilə Türkiyənin Anadolu Simfonik orkestrinin dünya şöhrətli liberetto yazarı Ayhan Özel Qarabağda qazanılan zəfər və torpaqların azadlığı uğrunda şəhid olanların əziz xatirəsinə ithaf edilən opera yazıb: “Sözügedən əsər Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi olaraq Azərbaycan və Türk dillərində nəşr edilərək ictimaiyyətə təqdim olunacaq”.
Şəhid mayor Aqşin İbadovun qardaşı polkovnik-leytenant Məmmədhüseyn İbadov 3 qardaşı ilə bərabər 27 sentyabrdan, müharibənin başladığı ilk gündən döyüşdüklərini bildirib. O, qardaşı Aqşinin Füzuli, Zəngilan, Cəbrayıl, Xocavənd rayonlarında keçdiyi şərəfli döyüş yolundan bəhs edib və Aqşin İbadovun savaşın 23-cü günündə Xocavənddə qəhrəmanlıqla şəhid olduğunu deyib.
Türkiyəli hərbçi, ehtiyatda olan general-leytenant Ender Güner Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordunun qazandığı zəfər strategiyasından bəhs edib.
Mərasimdə rəsmi şəxslər, deputatlar, şəhid ailələri və qazilər, Türkiyə və Azərbaycan ictimaiyyətinin nümayəndələri ediblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanda Anım Günüdür
Marneulidə Vətən müharibəsi şəhidlərinin Anım Günü qeyd edilib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Anım Günü: birlik, zəfər, bütövlüyə gedən yolun başlanğıcı - ANALİZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb













