Azərbaycanda növbəti kiberdiplomatiya konfransına hazırlıq gedir
Azərbaycanda kiberdiplomatiya üzrə beynəlxalq konfrans bu ilin sonunda keçirilə bilər.
"Far.Az" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş İdarə rəisinin müavini Tural Məmmədov "Azərbaycanda kibertəhlükəsizlik sahəsində qanunvericilik" adlı tədbirdə bildirib.
"Biz Kiberdiplomatiya üzrə beynəlxalq konfransı iki ildən bir keçiririk. Ümid edirəm ki, növbəti konfrans bu ilin sonunda baş tutacaq", - o qeyd edib.
T.Məmmədovun sözlərinə görə, qurum bu konfransla yanaşı, Cyber Festival da təşkil edir.
"Festival çərçivəsində konfrans, sərgi, təlimlər və müxtəlif komandalar üçün kiberyarışlar keçirilir. Bundan başqa, biz dövlət orqanları üçün qrafikdən asılı olaraq ildə iki, üç və ya dörd dəfə CISO görüşləri keçiririk. Bu görüşlərdə təqdimatlar nümayiş olunur, informasiya təhlükəsizliyi məsələləri, mövcud təhdidlər və risklər, habelə onların aradan qaldırılması yolları müzakirə edilir", - rəis müavini əlavə edib.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb













