Şimali Koreya iki ballistik raket buraxıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Şimali Koreya iki ballistik raket buraxıb - YENİLƏNİB


Şimali Koreya 600 kilometrdən çox məsafə qət edən ikinci qısa mənzilli ballistik raketini buraxıb. Bu raketin uçuş məsafəsi ilk raketlə müqayisədə təxminən üçdə bir qədər çox olub.

"Far.Az"un Yonhap agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Koreyanın Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Hər iki raketin bu gün Vonsan bölgəsindən təxminən üç saatlıq fasilə ilə buraxıldığı bildirilir. İlk raket təxminən 450 kilometr məsafə qət edib. Hər iki raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda düşüb.

Bu buraxılışlar Şimali Koreyanın ilin əvvəlindən həyata keçirdiyi 14-cü və 15-ci ballistik raket sınaqları olub.14:

14:31

Tokioda Koreya Xalq Demokratik Respublikasından (KXDR) Yapon dənizi istiqamətində ballistik raketin buraxıldığını bildiriblər.

"Far.Az" xəbər verir ki, bu barədə NHK Yaponiya Dəniz Təhlükəsizliyi İdarəsinin bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, bir neçə dəqiqə sonra sursat Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Daha əvvəl raketin buraxılması barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsindən məlumat veriblər. Hərbçilər uçuş məlumatlarını, o cümlədən məsafəni təhlil edirlər. Seulun qiymətləndirmələrinə görə, KXDR sentyabrın 12-də qısa mənzilli ballistik raket buraxıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
"Yonhap": KXDR Yapon dənizinə ballistik raketlər buraxıb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər