İnsan bu yaşdan etibarən qocalmağa başlayır
Far.Az xəbər saytı

İnsan bu yaşdan etibarən qocalmağa başlayır


Rusiyanın Federal Tibbi-Bioloji Agentliyindən (FTXA) bildirilib ki, insan orqanizmində qocalma prosesi 25 yaşdan başlayır.

BAKU.WS xəbər verir ki, bu barədə qurum rəhbərinin birinci müavini Tatyana Yakovleva forumda çıxışı zamanı danışıb.

"Doğrudan da, istəsək də, istəməsək də qocalma 25 yaşdan başlayır", – deyə o qeyd edib.

Yakovlevanın sözlərinə görə, dünyada qocalmanın əlamətləri ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur. Bu əlamətlər arasında maddələr mübadiləsinin pozulması, sarkopeniya (əzələ kütləsinin azalması) və "zombi-hüceyrələrin" yaranması göstərilir.

Bundan əvvəl isə sağlamlığın yaş artdıqca pisləşəcəyi ilə bağlı güclü narahatlıq keçirən qadınların molekulyar səviyyədə daha sürətlə qocaldığı barədə məlumat yayılmışdı. Bu nəticəyə Nyu-York Universitetinin Qlobal İctimai Sağlamlıq Məktəbindən Mariana Rodrigesin rəhbərlik etdiyi tədqiqat qrupu gəlib. Araşdırma "MIDUS" adlı genişmiqyaslı layihədə iştirak edən 726 qadının məlumatları əsasında aparılıb.

Tədqiqat göstərib ki, mümkün xəstəliklər və fiziki zəifləmə ilə bağlı daha çox narahatlıq keçirən qadınlarda, xroniki xəstəliklərin olub-olmamasından asılı olmayaraq, hüceyrələrin qocalma sürəti daha yüksək olub. Lakin xarici görünüş və reproduktiv yaşla bağlı narahatlıqların sürətli qocalma ilə statistik baxımdan əhəmiyyətli əlaqəsi müəyyən edilməyib.

Oxşar xəbərlər

İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər